AnalitikaGündəmSiyasət

BMT tribunasında Azərbaycanın qətiyyətli mövqeyi

BMT Baş Assambleyasının 80-ci sessiyası Azərbaycanın diplomatiyası üçün xüsusi yaddaqalan olub

BMT Baş Assambleyasının 80-ci sessiyası Azərbaycanın diplomatiyası üçün xüsusi yadda qaldı. Prezident İlham Əliyevin tarixi çıxışı təkcə dövlətimizin mövqeyini ifadə etmədi, həm də bütün dünyaya göstərdi ki, Azərbaycan bu gün qlobal siyasətdə söz sahibinə çevrilib.

Bu çıxışda həm qazanılmış uğurlar, həm də gələcəyə dair aydın mesajlar yer aldı. Prezident İlham Əliyev dünyaya göstərdi ki, Azərbaycan yalnız öz regionunda sülhün və sabitliyin təminatçısı deyil, həm də beynəlxalq müzakirələrin fəal iştirakçısıdır. COP29-a ev sahibliyi, iqtisadi nailiyyətlərin təqdimatı və ədalət çağırışları ölkəmizin nüfuzunu daha da artırdı.

Əslində BMT tribunasından səslənən bu nitq Azərbaycanın böyüklüyünün, qətiyyətinin və müstəqil siyasətinin təsdiqi idi. Bu gün Azərbaycan artıq təkcə öz maraqlarını müdafiə etmir, həm də dünyada ədalətin bərqərar olması üçün sözünü deyir.

Prezident İlham Əliyevin çıxışı hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çünki bu çıxış göstərdi: Azərbaycan güclü dövlətdir, Azərbaycanla hesablaşırlar və Azərbaycanın sözü beynəlxalq tribunada eşidilir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button