AnalitikaGündəmSiyasət

Macarıstanlı tədqiqatçı: Əsas güc türkün birliyindədir

Budapeştdə Baş nazir Viktor Orbanın təşəbbüsü ilə yaradılan “Ludovika Türk Araşdırmaları Mərkəzi” Türk dövlətləri ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş tədqiqatçısı Laszlo Vasa Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfransın “İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına, ticarət və nəqliyyat əlaqələrinə töhfələri” adlı panel müzakirəsində söyləyib.

O, Orta Dəhlizi təkcə nəqliyyat layihəsi kimi deyil, Şərq-Qərb və Şimal-Cənub arasında strateji körpü, həm də Türk dünyasının Asiya ilə Avropa, keçmiş ilə gələcək arasında oynadığı mühüm rol kimi xarakterizə edib.

L.Vasa hesab edib ki, əsas güc türkün birliyindədir: “Ortaq dil, mədəniyyət və tarix bu əməkdaşlığı, sadəcə, taktiki deyil, strateji və institusional xarakterə çevirir. Bu sürətli tərəqqi mədəniyyətdən başlayaraq təhsil, sənaye, innovasiya, rəqəmsal iqtisadiyyat və təhlükəsizlik sahələrinə qədər genişlənir. TDT-ni bu baxımdan unikal edən cəhət onun təkcə təşkilat deyil, həm də “bir ailə” olmasıdır.

Oxşar Xəbərlər

Back to top button