
“Nyu-York Siti” futbol komandasının “İnter Mayami”ni qəbul etdiyi MLS matçı başa çatıb.
Victorytime.az xəbər verir ki, Nyu-Yorkdakı “Siti Feld” stadionunda keçirilən qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Argentinalı ulduz hücumçu Lionel Messi matçda dubl və məhsuldar ötürmə ilə fərqlənib. Uruqvaylı hücumçu Luis Suares və argentinalı hücumçu Baltasar Rodriqes də hərəyə bir qol vurublar.
Bununla da “İnter Mayami” ardıcıl üçüncü qələbəsini qazanıb. “Nyu-York Siti”nin üç oyunluq qələbə seriyası başa çatıb.
“İnter Mayami” bu qələbə ilə 29 oyundan sonra 55 xalla Şərq Konfransında üçüncü pilləyə yüksəlib. “Nyu-York Siti” 31 oyundan sonra 53 xalla eyni konfransda beşincidir.