
Azərbaycan dünyanın ən etibarlı enerji təchizatçılarından biridir. Serbiya enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirilən brifinqdə səsləndirib.
Onun sözlərinə görə, son 5 ildə Azərbaycan-Serbiya münasibətləri intensivləşib. Ölkələrimiz arasında ticarət dövriyyəsi 20 milyon dollardan 560 milyon dollara çatıb.
Ana Brnabiçin fikrincə, Azərbaycan-Serbiya parlamentlərarası münasibətləri də mükəmməl səviyyədədir.