
Fransanın “Marsel” klubu 5 ildən sonra Liqa 1-də PSJ-ni məğlub edib.
“Victorytime.az” xəbər verir ki, bu, ölkə çempionatının V turunda reallaşıb.
“Marsel”in 1:0 hesabı ilə qalib gəldiyi görüşdə yeganə qolu Nayef Ager vurub.
Qeyd edək ki, hazırda “Marsel” 9 xalla turnir cədvəlində altıncıdır. PSJ isə 12 xalla ikinci pillədə qərarlaşıb.