İdmanGündəm

Səudiyyə Ərəbistanı klubu “Milan”ın futbolçusunun transferini açıqlayıb

Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubu “Milan”ın yarımmüdafiəçisi Yasin Adlinin transferini açıqlayıb.

“Victorytime.az” xəbər verir ki, bu barədə Asiya təmsilçisinin mətbaut xidməti məlumat yayıb.

25 yaşlı fransalı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. “Transfermarkt”ın məlumatına görə, sövdələşmənin məbləği 8 milyon avro təşkil edib.

Qeyd edək ki, Yasin Adli 2024/2025 mövsümündə icarə əsasında “Fiorentina”da çıxış edib. O, meydana çıxdığı 35 matçda 5 qola və 7 məhsuldar ötürməyə imza atıb.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button