GündəmMədəniyyətSosial

“O vaxt onlara dönər alırdım, indi “cip”də gəzirlər…”

“10-15 ildir teatrdan uzaqlaşmışam. Akademik Musiqili Komediya Teatrından küsüb getdim. İndi təqaüd alıram. Övladlarım, kürəkənim olmasa, bir gün də qala bilmərəm…”

“Victorytime.az” xəbər verir ki, bunu aktyor Allahverdi Yolçuyev ARB TV-də yayımlanan “Bir gün” verilişində deyib.

Aktyor xəstəliyindən, ondan uzaqlaşan dostlarından danışıb: “Ayıbdır, gedib qapı döyüb kimdənsə maddi nəsə istəyim. Bu vəziyyəti gözləməzdim. Məni toy-düyünə aparmırlar. Həm də oradakı səs-küy mənə pis təsir edir. Lakin pozitiv adamam, heç vaxt heç kimdən nəsə ummaram. Amma mən xəstə olanda bir sıra dostlarım gəlmədi. Evimdə, ailəmdə olan insanlar, o vaxt dönərin dəb olan vaxtı onlara ürəyim ağrıyırdı, dönər alırdım. İndi “cip”lərdə gəzirlər. Ancaq unutmaq pisdir. Bir gün sən zəngin ola bilərsən, bir gün mən…

… Mən əməliyyat olunmaq istəmirdim. Mənə dedilər ki, artıq gecdir. Sən demə gec deyilmiş… 2015-ci ildə anam dünyasını dəyişdi, o vaxtdan məndə panik atak, əsəb yarandı. Anam sağ olsaydı, mən yenə başımı onun dizlərinə qoyardım…”

A. Yolçuyev, həmçinin öz sənətindən başqa işlərlə də məşğul olaraq pul qazandığını deyib: “Mən orta məktəbdə oxuyanda göyərti satmışam. Görürdüm çətinlik olur, 11 yaşında uşaq yekə çantanı götürüb gedirdim bazara, ucuz alıb gətirib satırdım. 6-cı mkr-da – “Vorovski”də yaşamışam, istəyirdim məni orada görməsinlər”.

Oxşar Xəbərlər

Back to top button