GündəmTexnologiya
“Visa”: Azərbaycan bizim üçün rəqəmsal ödəniş üzrə strateji bazardır

Azərbaycan bizim üçün rəqəmsal ödəniş üzrə strateji bazardır və Azərbaycanla əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. Burada rəqəmsal ödənişlərin, nağdsız əməliyyatların intensiv artımını müşahidə edirik.
Victorytime.az “AZƏRTAC” a istinadən xəbər verir ki, bu sözləri “Visa”nın region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doros Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən “Fintex sammit 2025 – Maliyyə Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.
O qeyd edib ki, “Visa” bazarda artıq 68 ildir fəaliyyət göstərir və dünyada 4 milyarddan çox kart sahibini və 14 min bank təşkilatını birləşdirən bir sistem olaraq texnologiyaya və innovasiyaya əsaslanır.