Gündəmİdman

“Arsenal”la “İnter” də yarımfinalda

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son iki cavab oyunundan sonra yarımfinalın bütün iştirakçıları bəlli olub.

“İnter” Almaniyada 2:1 hesabı ilə qalib gəldiyi “Bavariya”nı bu dəfə İtaliyada qəbul edib. 2:2 hesablı heç-heçə ilə Milan təmsilçisi növbəti mərhələyə yüksəlib. “İnter” bu raundda İspaniya “Barselona”sına rəqib olub.

Digər matçda isə İngiltərə “Arsenal”ı İspaniyada “Real Madrid”lə qarşılaşıb. Londondakı ilk oyunda rəqibini 3 cavabsız qolla məğlub edən “topçular” səfərdə də qələbə qazanıblar – 2:1. “Arsenal” yarımfinalda PSJ ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

23:00. “Real” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:2 (1:5) (İlk oyun – 0:3)

23:00. “İnter” (İtaliya) – “Bavariya” (Almaniya) 2:2 (4:3) (ilk oyun – 2:1)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə aprelin 29-da start veriləcək.

Oxşar Xəbərlər

Back to top button