AnalitikaGündəmSiyasət

Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi regional və qlobal geosiyasi reallıqların yenidən formalaşdığı bir dövrdə strateji mesajdır

“Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir.  Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşayıb, bu gün də bu, belədir. Eyni zamanda, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin prezident kimi ilk xarici səfərini Azərbaycana etməsi Cənubi Qafqazda sülh və əməkdaşlıq naminə formalaşan yeni regional düzənin əlamətdar göstəricisidir: “Sirr deyil ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Bu mənada, ökələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir”.

“Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi regional və qlobal geosiyasi reallıqların yenidən formalaşdığı bir dövrdə strateji mesajdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident Kavelaşvilinin ilk xarici səfəri üçün Bakını seçməsi bu münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunun sübutudur.

Oxşar Xəbərlər

Back to top button