AnalitikaGündəmMədəniyyət

Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik

Yurdumuza bahar qədəm qoyur. Təbiətin oyanışı, yaşıl zəmilərin boy verməsi, quşların xoş avazı könül oxşayır. Baxdıqca baxmaq istədiyimiz güllərin rəngləri yaşıl otların arasında son dərəcə sevimli mənzərə yaradır. Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Bəzi heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür. İnsanlar bu zaman əkinə-biçinə hazırlaşırlar. Ona görə də çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayıblar. Bu Bahar bayramı adlanır. Sonralar bu bayramı Novruz bayramı adlandırmışlar.

Xalqımızın mənəvi dünyasını, milliliyini, qədim görüşlərini, varlığını Novruz bayramı qədər bütün zənginliyi özündə ifadə edir.Bu bayram bütün Türk dünyasına xas olsa da, ölkəmizdə daha möhtəşəm qeyd olunur. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadağa ona bu Novruz bayramını unutdura bilmədi. O, ən çətin zamanlarda belə öz keçmişinin, milli varlığının göstəricisi olan bayramını qoruyub yaşatmış, milli adət-ənənələrini unutmamışdır və ən əsası isə onları bu günümüzə gətirib çatdırmışdır. Novruz bayramı həmçinin xalqımızın milli həmrəyliyinin rəmzidir. Xalqımız və Dövlətimiz var olduqca Novruz bayramının adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə yaşayacaqdır.

Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər sayəsində hazırda Novruz bayramının xaqlımıza Qarabağda qeyd oluması nəsib olub. Artıq dörd ildir ki, Prezident İlham Əliyev Novruz bayramını işğaldan azad olunmuş rayonlarda qeyd edir. 2021-ci ilin martın 20-də dövlət başçısı İlham Əliyev Şuşaya gedərək, Novruz bayramı münasibətilə Cıdır düzündə tonqal qalayıb. Oradan Prezident xalqa müraciətində Azərbaycanın tarixi torpaqlarının və onun mədəniyyət mərkəzi Şuşa şəhərinin azad edilməsini tarixi hadisə adlandırıb: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik.Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.

Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayıram. Qələbələr hər zaman dövlətimizə, xalqımıza nəsib olsun.

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button