AnalitikaGündəmSiyasət

XII Qlobal Bakı Formu dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən mühüm bir tribuna oldu

Azərbaycan  Respublikasının prezident cənab İlham Əliyev 13 mart 2025 ci ildə XII Qlobal Bakı forumunda çıxış etmişdir. Bu forumda cənab İlham Əliyev vacib məsələlərə toxunmuşdur.Bu form dünya liderlərinin ,nüfuzlu ekspertlərinin  və beynəlxalq təşkilatları bir araya gətirərək ,qlobal çağırışlara qarşı həll yollarının müzakirə olunduğu vacib platforma rolunu oynayırdı. Forumda Azərbaycan  qlobal miqyasda  etibarlı tərəfdaş ,sülh sabitlik naminə təşəbbüslərə ev  sahibliyi  edən ölkə rolunu oynayırdı.

Forumunda yeni texnologiyalar,gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə  böhranları və onların həll yolları müzakirə olundu .

Təkcə Qlobal Bakı forumunda deyil, elə Azərbaycan özüdə müxtəlif dinlər,mədəniyyətlər arasında  körpü rolunu oynayır. Forumda bu məsələlərlə bağlı dövlət başçımızın bu sözləri diqqət çəkir.

Əsrlər boyu Azərbaycan  sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur .Bizim coğrafi yerləşimimiz və xalqımızın tarixi irsi Azərbaycan xüsusi abı-hava yaratmışdır .Azərbaycan  Avropa və Asiya  arasında  təbii  coğrafi körpüdür. XII Qlobal Bakı Formunda  Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış edərək dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldi.

XII Qlobal Bakı Formu dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən mühüm bir tribuna oldu. Qeyd etmək lazımdır ki,cənab prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib.Formun Bakıda keçirilməsi də Azərbaycan Beynəlxalq  arenada mövqeyini bir daha təsdiqləyir.

Əhmədova Vüsalə,
Ramana qəsəbəsi, 198 N-li tam orta məktəbin biologiya müəllimi 

Oxşar Xəbərlər

Back to top button