GündəmSosial

2025-ci ilin qeyri-iş günləri – Açıqlandı

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Victorytime.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən, gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 Yanvar – Ümumxalq Hüzn Günü;

8 Mart – Qadınlar Günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

30, 31 mart – Ramazan bayramı;

9 May – Faşizm üzərində Qələbə günü;

28 May – Müstəqillik Günü;

6, 7 iyun – Qurban bayramı;

15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

8 Noyabr – Zəfər Günü;

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, 2025-ci ildə beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir. 2025-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2025-ci ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan, 8-i bayramqabağı və 1-bələdiyyə seçkiləri günü qabağı), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan, 8-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2024-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram, 1 Bələdiyyə seçkiləri günü və 1 Ümumxalq Hüzn Günü var.

Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2025-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

2025-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1903 saatdır.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2025-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1903 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Oxşar Xəbərlər

Back to top button