Dünya
Kiyev Ukraynanın hərbi itkilərinin sayını açıqladı
Ukraynada fevralın 24-dən bəri 13 minə yaxın hərbçi həlak olub.
Victorytime.az “BAKU.WS”a istinadla xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
“Bizdə Baş Qərargahın rəsmi qiymətləndirmələri var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq”, – deyə o bildirib.
M. Podolyak vurğulayıb ki, ölkənin hərbi itkiləri mülki itkilərdən əhəmiyyətli dərəcədə azdır.