AnalitikaGündəmSiyasət

Zəfər parkının açılışı düşmənlərə göz dağı çəkdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlət başçımız İlham Əliyev burada Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaldıb. Sonra isə parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub. Daha sonra dövlətimizin başçısı Cənab İlham Əliyev xalqa müraciət edib. Əziz həmvətənlər. Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını və Azərbaycan Silahlı  Qüvvələrini təbrik edirəm. Hər birimiz üçün əziz bir gündə Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən  müharibəsi bizim Şanlı tariximiz və parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq və ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gün ərzində Ordumuz daim irəli getdi və bir çox kəndlərimizi, şəhərlərimizi ələ keçirdik, düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində ələ keçirilən torpaqlarımız Ordumuzun gücünü, qüvvətini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımız 30 il işğalda olsa da, biz bununla heç vaxt barışmamışdıq. Bəzi dövlətlər Ermənistanın yanında olub,bu gedişatın hərbi yolla həlli olmadığını deyirdilər. Onların planlarında Azərbaycan torpaqlarını işğaldan azad etmək yox, erməni işğalında saxlamaq idi.

İlk dəfə 2003- cü ildə Azərbaycan Respublikasının Prezidenti seçiləndə bəyan etmişdim ki, nəyin bahasına olursa olsun, ərazi bütüvlüyümüzü, suverenliyimizi bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi. 2020- ci il 8 noyabr tarixində Şuşa əməliyyatı düşmənin belini qırmışdı. Noyabrın 9 dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və müharibəni dayandırdıq.

Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz gücü ilə yazmışdır. Hazırda biz quruculuq işləri ilə məşğuluq. Zəfər parkı şəhərimizin ən gözəl yerlərindən birində açılıb. Ərazisi 10 hektara yaxındır və Zəfər muzeyinin də hazırda inşası gedir. Gələcəkdə burada Zəfər muzeyi də olacaq. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ Azərbaycandır!

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button