AnalitikaQarabağ və Şərqi ZəngəzurSiyasət

Laçının hər qarışı tezliklə bərpa olunacaq

Laçının  işğaldan azad olunması Azərbaycan tarixi üçün qürur dolu bir hadisədir. Üstəlik Cənab Prezident İlham Əliyevin yeritdiyi uğurlu hərbi-xarici siyasət nəticəsində doğma Laçınımız heç bir itki olmadan bizə qaytarıldı. Eyni zamanda biz düşməni təslim olmağa məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq Erməni işğalçıları işğal olunmuş digər rayonlarımızda olduğu kimi, Laçın rayonundakı bütün yaşayış massivlərini, bağçaları, məktəb və digər obyektləri dağıdıblar. İndiki vəziyyətdə o yerlərdə yaşamaq üçün uyğun şərait təəssüf ki yoxdur. Ancaq şübhəsiz ki, Azərbaycan dövləti bütün rayonları, həmçinin Laçını  tamamilə bərpa edərək, orada Azərbaycan vətəndaşlarının rifahı üçün münbit şərait yardacaq.Prezident İlham Əliyev fəxrlə qeyd etmişdir ki, bu istiqamətdə ilk layihələr artıq icra edilməyə başlanılmışdır. Bu məqsədlə Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə- Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. İndi isə bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Dövlətimizin başçısı əmindir ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə nümayiş etdirəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Görülən genişmiqyaslı layihələr Laçın rayonunda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır. Gələcəkdə Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

 

Oxşar Xəbərlər

Back to top button