AnalitikaGündəm

COP 29 bir daha göstərdi ki, ölkələr və beynəlxalq təşkilatlar iqlim dəyişikliyi ilə mübarizə aparır

Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başcısı sammitdə cıxış  edərək bildirib ki,Azərbaycan kicik ada dövlətlərinə Qoşulmama Hərəkatının sədri kimi dəstək verir və COP 29 un sədri olaraq öz dəstəyini verir. Prezident İlham Əliyev  “Biz öz dəstəyimizi gələcəkdə də davam etdirəcəyik'” deyə bildirib. Bəli Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini cox zaman göstərib. Biz məhz fəlakətlərdən əziyyət cəkən bir sıra ölkələrə, qasırğadan, zəlzələlərdən əziyyət cəkən ölkələrə yardım göstərmişik. Dövlət başcımız cıxışında vurqulayıb ki ,”Biz həmçinin ərzaq təhlükəzizliyi,mədəni irsin qorunmasında kicik ada dövlətlərinə yardım göstərmişik.Bir cox kiçik ada  ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycan Universitetlərində təhsil  alıb.

Bu gün Azərbaycan  bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensiallarindan istifadə edir.Bu həmçinin ölkənin 2050- ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planını mühüm tərkib hissəsidir.

İqlim dəyişikliyi həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nətiçəsində hava modellərində özünü göstərən böyük ölçülü dəyişikliyi əhatə edir.İqlim dəyişmələri insan inkişafına bir başa təhlükədir, dünyanın bütün ölkələrində və hər kəsə təsir göstərir. Lakin dünyanın yoxsul insan təbəqələri iqlim dəyişmələrinə daha həssasdırlar. Onlar təhlükənin bir addımlığında dayanır və ona qarşı mübarizə aparmaq ücün cox az resursa malikdirlər. Əgər məsələyə vaxtında diqqət yetirilməzsə iqlim dəyişmələri gələcəkdə nəinki zəif inkişaf etmiş ölkələri, hətta varlı ölkə və gələçək nəsilləri də ağuşuna alacaqdır.

COP 29 bir daha göstərdi ki, ölkələr və beynəlxalq təşkilatlar iqlim dəyişikliyi ilə mübarizə aparır. Biz insanlar da hər birimiz bunun üçün calışmalıyıq və öz köməyimizi əsirgəməməliyik. Unutmayaq ki deyildiyi kimi “Biz dünyanı əcdadlarımızdan miras olaraq deyil, övladlarımızdan borc olaraq alırıq”.

Bəli kicik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir.İnkişaf etmiş bütün ölkələr,xüsusən də müstəmləkə kecmişi olan ölkələr kicik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki,onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər.

Lalə Qiyasova,
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button