Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.
Müasir dünyanın ən miqyaslı və mötəbər beynəlxalq tədbirlərindən olan COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir.
COP (Conference of the Parties) kimi nüfuzlu və bəşəriyyət üçün taleyüklü mövzuları müzakirə edən qlobal tədbirin Azərbaycanda keçirilməsi region və bütün postsovet məkanı üçün əlamətdar hadisədir. Belə bir möhtəşəm tədbirin postsovet məkanında ilk dəfə olaraq məhz respublikamızda reallaşması həm də Bakının dünyanı narahat edən bəşəri problemlərin müzakirəsi üçün əlverişli məkan olduğunu göstərir. COP29 həmçinin təkcə yerləşdiyimiz regiona deyil, daha geniş coğrafiyaya beynəlxalq diqqətin artmasına səbəb olacaq.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.
Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti öz işinə başlayıb. Ümumiləşdirilmiş şəkildə ifadə etmək olar ki, COP29 tədbiri dünyanın yaşıl gündəliyinə mühüm töhfə, riyakar dairələrə isə böyük siyasi zərbə oldu.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə genişməzmunlu çıxış edib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlət başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib.
COP29-da iştirak etmək üçün dünyanın bir sıra dövlətlərinin liderləri Bakıya gəliblər. Bu amilin son illər dövlətimizə və xalqımıza qarşı aparılan intensiv antitəbliğat və qarayaxma kampaniyası fonunda xüsusi önəmi var. Xüsusən Avropa İttifaqı müstəvisində və Avropa Parlamentində Vətən müharibəsindəki qələbəmizə qarşı gözügötürməzlikdən qidalanan qarayaxma reallığında qitənin bu siyasi institutlarını təmsil edən dövlətlərin rəhbərlərinin COP29-da iştirakı Azərbaycana qarşı yürüdülən qərəzin səmərə vermədiyinin göstəricisidir. Aİ üzvləri olan İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Çexiya, Macarıstan kimi ölkələrin Bakıda dövlət və ya hökumət rəhbərləri qismində iştirakı əsas etibarilə Fransa tərəfindən gerçəkləşdirilən anti-Azərbaycan əməllərinə qitə təmsilçilərinin sözün əsl mənasında məhəl vernəmələri deməkdir.
Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb. Dövlət başçısı qeyd edib: “İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi”.
Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb. Dövlət başçısı qeyd edib: “İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi”.
Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı bildirib: “COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra hədəfə çevrildik”. Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girdiklərini vurğulayan dövlət başçısı deyib ki, ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar. Biz güclü ölkə qura bildik, müstəqil siyasət həyata keçirdik”
Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq.
İndi isə mən Azərbaycanın Yaşıl gündəliyi haqqında bir neçə söz söyləmək istərdim. Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir.
COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir.
Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.
COP29-un təşkili və keçirilməsi antiAzərbaycan dairələrinə sarsıdıcı zərbə oldu və beynəlxalq ictimaiyyət rəsmi Bakının yaşıl gündəliyinin zənginliyinə şahidlik etdi. Eləcə də dünya ölkələri son bir il ərzində Azərbaycana qarşı aparılmış çirkin kampaniyanın da nə qədər əsassız olduğunu görmüş oldular. COP29-un ən yüksək səviyyədə təşkili ilə Azərbaycan bir daha sübut etdi ki, dünya ölkələri qlobal tədbirə ev sahibliyi seçimində səhvə yol verməyiblər. Bir sözlə, Azərbaycan növbəti dəfə ona göstərilən qlobal etimadı və etibarı doğrultmuş oldu.
Günel Əlizadə,
YAP-ın gənc fəalı