AnalitikaGündəm

Bu gün fəxr yerimiz Xankəndi şəhəri

Xankəndi Azərbaycanın qədim yaşayış məskənidir. 1938-1939-cu illərdə Qarabağın Xankəndi ərazisində aparılan arxeoloji tədqiqatlar Eneolit və Tunc dövrünə aid kurqanlar aşkar edilmişdir. Azərbaycanın qədim yaşayış məskəni olan Xankəndi sovet dövründə inkişaf etmiş respublika tabeli şəhərlərindən birinə çevrilmişdi. Xankəndi şəhəri Bakı-Tbilisi dəmir yolunun Yevlax-Xankəndi qolunun son məntəqəsi, Yevlax-Laçın-Naxçıvan yolu kənarında, Qarqar çayı sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 kilometr məsafədə yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Xankəndi şəhərinin ərazisi 8 kvadrat kilometrdir. Xankəndi dəniz səviyyəsindən 830 metr yüksəklikdə yerləşir. 1979-cu il məlumatına görə Xankəndi şəhərinin ümumilikdə əhalisi 38 min 948 nəfər olub. 1991-ci ilə, yəni, işğala qədər Kərkicahan qəsəbəsində isə 2 min nəfərə yaxın azərbaycanlı əhalı yaşayıb.

Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən çıxışanda demişdir: “Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”.

Azərbaycanın Xankəndiyə sahiblənməsi siyasi məharətin, diplomatik və hərbi gücümüzün birliyinin nəticəsində mümkün oldu. 44 günlük Zəfər yürüşündə BMT-nin 4 Qətnaməsini təkbaşına icra edən dövlətimiz, yenə təkbaşına 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icra olunmamış maddəsinin icrasını təmin etməyi bacardı.
28 sentyabrda Qarabağdakı separatçı rejim rəsmi olaraq özünü buraxdı və bununla da 2020-ci ilin 27 sentyabrında başlayan, Azərbaycanın 200 illik məğlubiyyət tarixini dəyişdirən, bölgədə tamamilə yeni reallıqlar yaradan Vətən müharibəsində əldə edilmiş Zəfər tamamlandı.

2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Ağdərədə, Xocalıda və Xankəndidə qaldıraraq xalqımıza 30 ildən çox səbirlə gözlənilən ən böyük müjdəni – tam qələbə xəbərini verdi. Qarabağdakı separatçıların darmadağın edilməsi, ölkəmizin bütövləşdirilməsi və Azərbaycanın suverenliyinin tam bərpa edilməsi xalqımıza verilən ən gözəl müjdə oldu. Bu bir daha sübut edir ki, dövlət başçısı Cənab İlham Əliyev öz qətiyyəti, cəsarəti və mərdliyi ilə dünya liderləri arasında böyük mövqeyə sahibidir.

Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button