AnalitikaGündəm

Bu gün ən müasir, daha yüksək dəqiqliyə malik olan silahlar alınır və orduda müasirləşmə prosesi daim aparılır

Qarabağda suverenliyimizin tam bərpası ilə nəticələnən uğurlu antiterror tədbirləri göstərdi ki, ordumuz dörd  il bundan əvvəlkindən daha güclüdür. Həqiqətən də  Silahli Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata  keçirildiyi siyasət nəticəsində Azərbaycan Ordusu təkcə bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olmasını təmin etməsidir. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda Azərbaycan xalqı möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, hər an düşmənə sarsıdıcı zərbələr vurmağa qadir ordusu ilə qürur duyur. Vətən müharibəsi başa çatdıqdan sonra Ali Baş Komandan ordunun Türkiyə (NATO) ordu modelinə keçməsi barədə bəyanat verdi və qısa müddətdə müxtəlif bölgələrdə yeni komando hissələri yaradılmağa başlandı. Türkiyədə tətbiq olunan komando briqada və birliklərin təcrübəsi Azərbaycanda tətbiq edildi.

Bu gün ən müasir, daha yüksək dəqiqliyə malik olan silahlar alınır və orduda müasirləşmə prosesi daim aparılır. Bütün bunlarla yanaşı, Azərbaycanda hərbi sənayenin sürətlə inkişafı üçün böyük vəsait ayrılır, bu sahəyə xüsusi diqqət göstərilir. Bu gün ölkəmizdə yerli hərbi sənayenin yeni dövrü başlayır. Artıq Müdafiə Sənayesi Nazirliyində müxtəlif hərbi təyinatlı silah-sursat istehsal olunması prosesi uğurla davam etdirilir. Əldə edilən uğurlar aparılan islahatların nəticəsində hasil olur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ölkənin hərbi xərcləri 24 dəfə artıb. Son illərdə Prezident İlham Əliyevin tapşırıqları əsasında dövlət büdcəsindən ordu quruculuğuna ayrılan vəsaitlər daim artırılıb. Dövlət büdcəmizin xərc istiqamətlərində ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin  möhkəmləndirilməsinin prioritetliyi postmüharibə dövründə də qorunub saxlanılır. Bütövlükdə, respublikamızda hər il ordu quruculuğuna ayrılan maliyyə vəsaitlərinin həcmi Ermənistanın  hərbi xərclərini həmişə üstələyib. Bu ölkənin kiçik iqtisadiyyatı güclü ordu quruculuğunu mümkünsüz edir. İşğalçı Ermənistanın cari il üçün dövlət büdcəsində müdafiə sektorunun xərcləri cəmi 509 milyard dram (1,3 milyard dollar) səviyyəsində nəzərdə tutulub. Bu, tamamilə dağılmış ordunu yenidən qurmaq üçün çox kiçik rəqəmdir. Hazırda bu ölkə silah tədarükü üçün əsasən Hindistana üz tutur. Ermənistanın almaq gücündə olduğu ucuz silahlarının texniki parametrləri isə aşağı səviyyədədir. Azərbaycan Ordusu isə ermənilərə də, onların havadarlarına da çox həqiqətləri başa salıb. Zaman göstərir ki, Azərbaycan rəhbərliyi nə deyirsə, onu da edir. Bu, təkcə siyasətimizin və diplomatiyamızın uğuru deyil, həm də Azərbaycan əsgərinin diktəsidir.

Aynur Həsənova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button