AnalitikaGündəm

İndiki Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır

Naxçıvan Muxtar Respubliksı Ali Sovetinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının güdəliyində yer alan, iclasın keçirildiyi binanın qarşısına toplaşan yüzlərlə insanın intizarla gözlədiyi təşkilatı məsələ ilə bağlı qəbul olunacaq qərarın bütünlükdə Azərbaycanın varlığı, müstəqilliyimiz üçün nə qədər əhəmiyyətli olacağını çoxları bilmirdi. Həyəcanla sessiyanın gedişini izləyən, xilaskar axtaran insanlar Naxçıvanı Ermənistanın təcavüzündən, muxtar respublikada yaranan hərc- mərclikdən , o zaman iqtidarda olan AXC-Müsavat cütlüyünün bu qədim diyara ögey münasibətindən xilas edə biləcək ümid yeri axtarırdı. Ümumi adları «cəbhəçilər» olan bir qrup ünsür muxtar respublikada el sözü ilə deyilsə at oynadırdı. Qanun, mizan –tərəzi tanınmırdı. Bakıda əyləşən səbatsız rəhbərlik tərəfindən gözüm-çıxdıya salınan Naxçıvanın sakinləri müdrikliyi, qətiyyəti , yüksək təşkilatçılıq qabiliyyəti ilə muxtar respublikanı çətinlikdən çıxara biləcək səriştəli rəhbərə ehtiyacı var idi. Taleyin hökmü, zamanın tələbi bu istəyi gerçəkləşdirdi.

Sovetlər dönəmində ən geridə qalmış respublikalardan olan Azərbaycanı arzuladığı qüdrətli dövlətə çevirmək üçün addım-addım irəliləyən bacarıqlı dövlət xadimi Heydər Əliyevin siyasəti nəticəsində ölkəmiz k eçici Qırmızı bayraqlar diyarına çevrildi. Təşkilatçılığı və təşəbbüskarlığı nəzərə alınaraq Kremldə yüksək vəzifəyə layiq görülən, Moskvada çalışdığı müddətdə yaranan ən kiçik imkandan belə Azərbaycanın qüdrətlənməsi naminə istifadə edən, yuxarıdan verilən tapşırıqların fərqinə varmadan, sözsüz əməl edildiyi bir zamanlarda belə xalqını düşünən Ulu Öndər Heydər Əliyev «hamının bir arşınla ölçülməsi» prinsipi ilə razılaşmırdı. Ulu Öndərin xarakterinə bir amal hakim idi: Heç bir xalqın həyat tərzini, standartlarını, davranış qaydalarını, adət-ənənələrini başqalarına zorla tətbiq etmək olmaz. Bu məcburiyyət demokratiya pərdəsi altında olsa belə yolverilməzdir. Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni səhifə açaraq müstəqil respublikamızın işıqlı gələcəyini təmin etmişdir.

Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti  nəticəsində 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu uğurla  davam etdirildi. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. 2003-cü ildən sonrakı dövr Böyük Yolun davamıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın adını tarixə qalib ölkə kimi yazdı. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button