Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana ikigünlük dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Rusiya dövlət başçısının Prezident İlham Əliyevlə görüşü, mətbuata birgə bəyanatlar, qəbul edilən sənədlər iki ölkə arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.Azərbaycanı Rusiyanı birləşdirən bir sıra məqamlar var.
Azərbaycanın həm Qərblə, həm də qonşu ölkələrlə, o cümlədən Rusiya ilə yaxşı əlaqələri mövcuddur. Ölkəmiz həm BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq platformalarda fəal iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlıq əlaqələrinə malikdir.
Hələ 1997-ci ilin iyulunda ölkələrimiz arasında qarşılıqlı dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müqavilə imzalanıb. Müxtəlif illərdə ikitərəfli qaydada müxtəlif sənədlər qəbul olunub. 2018-ci il sentyabrın 2-də Azərbaycan və Rusiya prezidentləri bəyanat imzaladılar. Təbii ki, bu prosesdən sonra İkinci Qarabağ müharibəsinin bir növ başlaması üçün Ermənistan əlindən gələni əsirgəmədi və “Qarabağ Azərbaycandır və nöqtə” deyən bu ölkənin baş naziri Nikol Paşinyana Prezident İlham Əliyev məhz Rusiyanın ev sahibliyi etdiyi Valday platforması vasitəsilə “Qarabağ Azərbaycandır və nida!” bəyanatı ilə cavab verdi. Azərbaycan öz Zəfəri ilə Cənubi Qafqazda söz sahibi olduğunu bəyan etdi, Qələbəsini hamıya göstərdi”.
Vətən müharibəsində Azərbaycanın Zəfərini hamıdan əvvəl qəbul edən təbii ki, Rusiya oldu. BMT Təhlükəsizlik Şurasının üzvü və Cənubi Qafqazda Azərbaycanla böyük sərhədə malik Rusiya İkinci Qarabağ müharibəsinin nəticələrində marağı olan dövlətdir.Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişafı müttəfiqliklə bağlı bəyannamənin məntiqi nəticəsidir. Rusiya sülhməramlılarının da vaxtından əvvəl bölgədən çıxarılması iki ölkə arasında etimada və qarşılıqlı əməkdaşlığa söykənir. Biz Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq qura bilmişik və Şimal qonşumuz bu mövqeni bizimlə bölüşür.Azərbaycan dövləti ilə Rusiya dövləti etibatlı müttəfiqdir və bütün mümkün əlaqələrin daima inkişaf etməsi hər iki dövlətin maraqları çərçivəsində inkişaf edir.
Əliyev Ramin,
YAP-ın fəalı