AnalitikaGündəm

Olimpiya oyunlarının tarixi və Azərbaycanda inkişafı

Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı. Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. Qədim Yunanıstanda stadion, teatr və məbəd müqəddəs yer sayılmışdır. Burada iki şəhərdə Olimpiya və Delfidə hər 4 ildən bir xoş məramlı oyunlar keçirilirdi.Bu şəhərlərdə keçirilən oyunlardan əlavə, şer, mahnı, ədəbiyyat və incəsənət üzrə istedadlı şəxslər bilik, bacarıq və qabiliyyətlərini nümayiş etdirirdilər. Olimpiya hərəkatının təşəkkül tarixi də insanların sülh, əmin-amanlıq, dinc yanaşı yaşamaq istəklərindən qaynaqlanır. Rəvayətə görə, qədim yunanlar bir-biriləri ilə tez-tez qanlı müharibələr aparmışlar. Bu müharibələrin nəticələri kiçik dövlətlər üçün daha acınacaqlı olurdu. Onlar hətta, heç kəsin tərəfində dayanmasalar da, böyük itkilərə, dağıntılara məruz qalırdılar. Elida adlı belə kiçik dövlətlərdən birinin başçısı bütün qonşularla sülh şəraitində yaşamaq istəyirdi. Elidanın başçısı öz uğurunu bayram etmək üçün idman oyunları təşkil edir. Ilk vaxtlar bu oyunlar ancaq bir gün keçirilirdi. Sonralar həmin oyunlara düz bir ay vaxt ayrılmağa başlandı. Oyunlar başlamazdan əvvəl Yunanıstanın hər yerinə çaparlar göndərilir və bütün müharibələr dayandırıldı. Idman oyunları Elida dövlətinin Olimpiya adlanan ərazisində təşkil olunurdu. Sonralar elə bu adla da məşhurlaşan ilk Olimpiya oyunları bizim eradan min il əvvəl keçirilmişdir. Qadınlar bir qayda olaraq Olimpiya oyunlarına buraxılmırdılar. Yalnız bir istisna baş vermişdir. Bir qadın həyatını təhlükə altında qoymuş və kişi paltarı geyinərək öz oğlunu məşqlərə gətirmişdir. Həmin qadın oğlu yarışlarda yaxşı nəticə göstərdiyinə görə cəzasız qalmışdır. Olimpiya oyunlarına bizim eramızın 394-cü ilində imperator Feodos tərəfindən dini səbəblərə görə qadağa qoyulmuşdur. Bu oyunların bərpasına uzun müddətdən sonra – 1892-ci ildə gənc fransız müəllimi Pyer də Kubertinin Parisdə idman klubları qarşısında çıxışından sonra başlanmışdır. Həmin dövrdə müxtəlif ölkələrin idmançıları arasında bir-birləri ilə yanşmaq və dostluq etmək istəyi güclü idi. Pyer də Kubertin başa düşürdü ki, idman qədim vaxtlarda olduğu kimi, bizim zəmanəmizdə də insanlar, ölkələr arasında körpü rolunu oynaya bilər. Beləliklə, 1894-cü il iyunun 23-də Beynəlxalq Həvəskar idmançılar Konqresi Olimpiya oyunlannın bərpa edilməsi və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması haqqında mühüm qərar qəbul etdi. Azərbaycan da Beynəlxalq Olimpiya hərəkatında fəal surətdə iştirak edir. Respublikamızın idmançıları Olimpiya oyunlarında ilk dəfə 1952-ci ildə çıxış etmişlər. Azərbaycan idmançılarının Olimpiya oyunlarında ilk uğuruna sərbəst üsulla güləşən Rəşid Məmmədbəyovun 1952-ci ildə Helsinki Olimpiadasında qazandığı gümüş medalla imza atılmışdır. Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycanın Olimpiya hərəkatında iştirakının yeni mərhələsi başlanmışdır. 1992-ci ildə respublikamızda Milli Olimpiya Komitəsi yaradılmışdır. Azərbaycan Milli Olimpiya Komitəsinin köməyi ilə son illərdə ölkəmizdə idmanın madditexniki bazası əsaslı şəkildə möhkəmlənmiş və ölkəmizdə Olimpiya hərəkatı genişlənmişdir. Bakıda və respublikanın ayrı-ayn bölgələrində inşa olunan müasir Olimpiya komplekslərində idmançılanmızın beynəlxalq yarışlara hazırlaşmalarına, öz potensiallarını üzə çıxarmalarına hər cür şərait vardır. Bunun nəticəsidir ki, idmançılarımız Olimpiya yarışlarında respublikamızı ləyaqətlə təmsil edirlər. Son olaraq Parisdə keçirilən Olimpiya oyunlarında əldə edilən nəticələr idmanımızda olan inkişafı və gələcəkdə daha da yaxşı nəticələr olacağına inam yaradır. Bu da Azərbaycanda idmanın nə qədər çox inkişaf etdiyini göstərir.Bu inkişaf hörmətli cənab prezidentimiz və ali baş komandanımız İlham Əliyevin idmana göstərdiyi qayğının böyük rolu var.Heç şübhə etmirəm ki, Azərbaycanda idmanın olan inkişaf daha da yaxşı inkişaf edəcək və daha yaxşı nəticələr əldə edəcək.

Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button