Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur

Biz bu ilin noyabr ayında Azərbaycanda keciriləcək COP29 konfransında iqlim gündəliyi ilə bağlı həmrəyliyimizi nümayiş etdirə biləcəyik. Ölkəmiz ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur.Biz bu dəvəti Azərbaycan ilə üzv dövlətlər arasında sıx əlaqə və inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk. Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir.Azərbaycan 2019-2023 –cü illərdə Qoşulmama Hərəkatına sədrlik etdi, onun qlobal arenada nüfuzunu möhkəmləndirdi.Üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini , Gənclər Təşkilatını təsis etdik və Qadın Platformasının əsasını qoyduq.
Bakıda keçiriləcək COP29 inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik inkişaf etməkdə olan dövlətlərin maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.
Azərbaycan hazırda ŞƏT –də dialoq tərəfdaşı statusuna sahibdir.Azərbaycan ilə ŞƏT arasında 2016-cı ildə memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən sabitliyin təminatı müəyyənləşdirilib.Ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı silvizasiyalararası dialoq multikultralizmin təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Şərq –Qərb, Şimal –Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv olan dövlətlər arasında əməkdaşlığın vacib sahələrini təşkil edir.Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulan böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-loqistika qovşaqlarından birinə çevilmək imkanı yerib. Azərbaycan Türkiyə Pakistan Arasında əməkdaşlığın möhkəmləndirilməsinin üç öklənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edəcək.
Əliyev Ramin,
YAP-ın fəalı