Ölkəmizin COP29 beynəlxalq konfransına ev sahibliyi etməsi xalqımızın növbəti uğurudur

Son illər ölkəmizin qazandığı uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalini sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması ölkə Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.
İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Prezident İlham Əliyevin iştirak zamanı “Euronews” telekanalına verdiyi müsahibədə bir sıra önəmli məqamlar diqqət çəkir. Ölkə başçısı müsahibədə qarşıda bizi gözləyən COP29 barədə suallara aydınlıq gətirib.
Müsahibə zamanı son zamanlar gündəm məsələsi olan enerjidən danışılıb. Ölkə başçısı bildirib ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.
“Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”.
Bakının qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Bu baxımdan ölkəmizdə tədbirlərin baş tutması beynəlxalq aləmdə artan nüfuzun göstəricisidir. Bakının COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heç kimdə şübhə doğurmayıb. Məhz ölkəmizin COP29 beynəlxalq konfransına ev sahibliyi etməsi xalqımızın növbəti uğuru olmaqla yanaşı, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmli yer tutur. Ölkə başçısı müsahibə zamanı qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirib. Azərbaycan prezidenti bir növ təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını da diqqətə çatdırmışdı.
Aparılmış müşahidələr sübut edir ki, dünyanın aparıcı dövlətlərinin mediası Azərbaycan gerçəkliklərini öyrənməyə, bilməyə və onları ictimailəşdirməyə böyük maraq göstərir.
Tünzalə Əliyeva,
YAP nizami rayon təşkilatının məsləhətçisi.