Zəngəzur dəhlizi strateji əhəmiyyət kəsb edir

Hazırda dünyanın əksər ölkələrini bir sıra mühüm layihələr birləşdirir. Bu, maraqları üçün bir-birilərini zəiflətməyi gözə alan dövlətlər üçün nadir haldır. Lakin hətta ərazi iddiası səbəbindən bir-biri ilə amansız müharibə aparan aktorlar da bəzən qarşılıqlı maraqlar çərçivəsində yenidən birləşir və birgə əməkdaşlığa hazır olduqlarını bəyan edirlər. Belə birləşdirici layihələrdən biri də Azərbaycanın birbaşa iştirakçısı olduğu Zəngəzur dəhlizidir. Əlbəttə, İrəvan Zəngəzur dəhlizinin açılmasına birdən-birə razı olmayacaq. Ermənistan prosesi mümkün qədər uzatmağa çalışacaq. Həmçinin, rəsmi Tehran da bunda maraqlıdır. Bununla belə, sözsüz ki, Zəngəzur dəhlizi açılacaq. Dəhlizin Ermənistandan keçən hissəsinin istifadəyə verilməsi həm də türkiyəli nazirin proqnozunu verdiyi Zəngəzur dəhlizi layihəsinin tamamilə həllinə xidmət edəcək.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, Türk dünyası uzun illərdən sonra Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı