Analitika

Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

Avrasiyanın yeni nəqliyyat xəritəsini yaradan Azərbaycanın  iştirakı ilə reallaşan strateji əhəmiyyətli layihələr regional və beynəlxalq əməkdaşlığın dərinləşməsini, yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirir. Azərbaycanın regionda yeni nəqliyyat-kommunikasiya xəritəsinin yaranması və bölgənin geostrateji vəziyyətinin dəyişilməsində aparıcı rolu xüsusi əhəmiyyətə malikdir. Hazırda Avrasiyanın strateji yolları ölkəmizdə kəsişir və ölkəmiz qitələri qovuşduran məkan qismində çıxış edir. Prezident İlham Əliyev 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: yoldan magistrala” mövzusunda keçirilən panel iclasda Azərbaycan tərəfindən logistika və ticarətin inkişafı istiqamətində görülən işlər, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirlən kompleks tədbirlər barədə geniş məlumat vermişdir.

Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyaların qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır. Ölkəmizin ərazisindən keçərək Şərqdən Qərbə doğru uzanan və Avropa, Qafqaz, Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizi istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə implus vermək mümkündür. Ölkəmiz bu marşrutun funksionallığının artırılmasına, o cümlədən qədim İpək Yolunun bərpasına ciddi dəstək verir. Zəngəzur dəhlizinin yaradılması ilə Azərbaycanın tranzit imkanları daha da artacaq və region ölkələri arasında yeni əməkdaşlıq əlaqələri yaranacaq. Gələcəkdə yeni dəhliz Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Zəngəzur marşrutu Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında daha sıx əməkdaşlıq aparılmalıdır. Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq.

Günel Əbdürrəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button