Azərbaycanı dünyaya qlobal işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanıdır

Ölkəmizdə iyunun 4-dən başlayaraq Bakı Enerji Həftəsi keçirilir. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur. Üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur.
Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür.” Əsrin müqaviləsi” görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən ödül hesab edilir. Tədbirə qatılan ölkələrin əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur. Bakı Enerji Həftəsi Azərbaycanın enerji potensialının təqdim edilməsi ilə yanaşı, bu sahədə əməkdaşlığın gücləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Dünyanın aparıcı şirkətlərinin, müxtəlif dövlət və hökumət rəsmilərinin enerji məsələləri ilə bağlı müzakirəsinə imkan yaradan bu platforma yüksək statusa malikdir. Bakı Enerji Həftəsi həm də Azərbaycanı dünyaya qlobal işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanıdır. Dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələrin və təşkilatların cəlb edildiyi Bakı Enerji Həftəsi həm də ökəmizin enerji sahəsindəki üstünlüyünün bir növ təqdimatıdır. İqlim dəyişmələrinin yaratdığı fəsadlar, onların qarşısının alınması yolları, eləcə də “yaşıl enerji” kimi mövzular da Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə müzakirə ediləcək. Beləliklə, bu regional və qlobal tədbirdən ölkəmiz, eləcə də iştirakçılar faydalana biləcəklər.
Mətanət Cəfərova,
YAP-ın fəal