Analitika

Azərbaycan Bolqarıstanın Cənubi Qafqazdakı etibarlı əməkdaşıdır

Azərbaycan Cənubi Qafqazda öz potensialı ilə tanınmış ölkədir. Bu gün region ölkələri maraqlıdır ki, Azərbaycanla olan münasibətlərini dinamik şəkildə bərpa etsin və inkişaf etdirsin.

Belə strateji tərəfdaşlardan biri də Bolqarıstandır. Azərbaycan-Bolqarıstan münasibətləri bu gün uğurla inkişaf edir. Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin iyunun 5-də qurulub. Sonrakı dönəmdə diplomatik korpusların fəaliyyəti təmin edilib, siyasi, iqtisadi və mədəni sahələrdə dinamik şəkildə inkişaf prosesi baş verib, ölkələr arasında səmərəli münasibət formalaşıb. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə loqistika sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlər vardır.

Bu nəticəyə gəlmək olar ki, Mərkəzi və Şərqi Avropada Bolqarıstan- Azərbaycan münasibətlərinin ikitərəfli və çoxtərəfli inkişaf etdirilməsi xarici siyasətin inkişafında önəmli rol oynayır. Bu mənada ikili münasibətlər həmişə müsbət dinamikada olması ilə seçilib. Bu gün əməkdaşlıqdakı əsas məqsəd yüksək nəticələr əldə etməkdir, həm ticarət dövriyyəsinin artmasında, həm də energitika sahəsində bu nəticələr artıq özünü göstərir.

Bu gün Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təminatçısı yox, həm də enerji təminatçısıdır. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən keçərək ixrac edilir. Keçən il böyük həcmdə Azərbaycan qazının Bolqarıstana nəql edilib. Bu gün Azərbaycanın Bolqarıstana qaz ixracı ümumi qaz istehlakının 50 faizini təşkil edir. Bu, çox böyük rəqəmdir. Bir neçə aydan sonra Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi ilə bağlı istiqamətləndirilmiş layihələrin hazırlanması Azərbaycan-Bolqarıstan münasibətlərində enerji məsələsinin önəmini bir daha sübut edəcək.

Bu gün bütün bu fikirlər əsasında formalaşan tezis budur ki, Azərbaycan fəal siyasi dialoqlar, birgə iş və diplomatik münasibətlərin inkişaf etdirilməsi nəticəsində Bolqarıstanla bütün sahələrdə əlaqələri genişləndirir. 2015-ci ildən bəri strateji tərəfdaş olan Bolqarıstan və Azərbaycan münasibətləri uğurla inkişaf edib, bunun nəticəsidir ki, cari ilin 8 may tarixində iki ölkə arasında  “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”; “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”;  “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;  “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” imzalanmışdır.

Bir daha məlum oldu ki, Avropanın inkişaf etmiş ölkələri Azərbaycanla münasibət yaranmasında maraqlıdır və əlaqələrin yüksələn xətlə inkişafı iki tərəf üçün də önəm kəsb edən məsələdir.

Hüseynov Əli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button