Analitika

Otuz iki ildən sonra şuşalıların doğma Şuşaya qayıdışı mühüm tarixi hadisədir

“Otuz iki ildən sonra şuşalıların doğma Şuşaya qayıdışı mühüm tarixi hadisədir. Çünki Şuşa Azərbacan xalqının əyilməz ruhunun rəmzidir. Məhz buna görədir ki, 44 günlük Vətən müharibəsinin Şuşasız uğurla başa çatması mümkün deyildi. Təsadüfi deyil ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə düşmənin beli qırıldı”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, 1992-ci ildə AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa şəhəri olmaqla Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız işğal altına düşdü: “Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Təsadüfi deyildi ki, Şuşanın düşmənə təhvil verilməsi AXC-Müsavatın hakimiyyətə gəlmək üçün yollarını açmışdı. Elə buna görədir ki, bu gün də AXC-Müsavat cütlüyünün tör-töküntüləri Azərbaycan xalqının Zəfərinə sevinmirlər. Hətta, AXC-Müsavatın bu günkü tör-töküntüləri bəlli ölkələrin səfirlərinin direktivləri ilə hərəkət edir, onlar xalqın Qələbəsinə kölgə salmağa, ermənilərlə əlbir olub Zəfərimizi aşağılamağa çalışırlar. Lakin dəqiqdir ki, 1993-cü ildə olduğu kimi bundan sonra da onların bütün cəhdləri fiaskoya uğrayacaq”.

“Bu gün Şuşada genişmiqyaslı quruculuq işləri gedir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günündə Şuşada ikinci, bu il də may ayının 10-da üçüncü yaşayış kompleksinin təməli qoyuldu: “Hazırda Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Eyni zamanda, Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılıb. Şübhə yoxdur ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq”.

Oxşar Xəbərlər

Back to top button