Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir
Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan-Rusiya əlaqələri hazırda bütün sahələr üzrə sürətlə inkişaf edir. Bu inkişafda Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi xüsusilə qeyd edilməlidir. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli əlaqələrdə siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər münasibətləri daha da yaxşılaşdırıb. Azərbaycan – Rusiya dövlət dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə sürətli inkişafdadır.
Qeyd edək ki, Azərbaycan Rusiya ilə sıx ticari-iqtisadi münasibətlərə də malikdirlər. 2022-ci ilin 10 ayının yekunlarına görə Azərbaycan ilə Rusiya arasında mal dövriyyəsi 2,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 22,3 faiz çoxdur. Rusiya Azərbaycandan əsasən qeyri-neft məhsulları idxal edir: 2022-ci ilin sentyabrında Rusiya Azərbaycandan 74,6 milyon dollar dəyərində məhsul alaraq qeyri-neft sektoru mallarının ən böyük idxalçıları siyahısında birinci yeri tutub. Öz növbəsində Azərbaycan Rusiyadan geniş çeşiddə məhsullar alır. Belə ki, 2021-ci ildə Rusiyanın Azərbaycana ixracının strukturunda 32,8% ərzaq məhsulları və kənd təsərrüfatı xammalının payına düşüb. Xüsusilə, Azərbaycan tərəfindən alınan buğdanın 95%-dən çoxu Rusiyadan idxal edilib.Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir. Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır.
Tünzalə Əliyeva,
YAP nizami rayon təşkilatının məsləhətçisi.