Analitika

Konqo Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfəri gələcək əlaqələrin inkişafında mühüm rol oynayır

Bugünki qüdrətli Azərbaycan Respublikasının inkişafında ən mühüm amillərdən biri müstəqillik  qazandıqdan sonra həyata keçirilən daxili və xarici siyasət strategiyasıdır. Müxtəlif beynəlxalq təşkilatlarla və xarici ölkələrlə yaradılan əməkdaşlıqların nəticələri bu gün də öz bəhrəsini göstərməkdədir. Bu qəbildən olan beynəlxalq təşkilatlardan BMT, ATƏT, Qoşulmama hərəkatının adlarını çəkmək mümkündür. Azərbaycan son dörd il ərzində Qoşulmama hərəkatına sədrlik etmişdir. Sədrlik etdiyi müddətdə Qoşulmama Hərəkatının institusional inkişafı da gözlə görüləcək dərəcədə inkişaf etmişdir. Qoşulmama Hərəkatı bu gün əvvəlki dövrlərlə müqayisədə xeyli güclü təşkilata çevrilib, hətta o, BMT – dən sonra ikinci böyük təsisatdır, bu gün onun 121 üzvü var. Ölkəmizin xarici siyasət istiqamətində   neokolonializmə qarşı mübarizə məsələləri xüsusi önəm daşıyır.

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bir çox dövlətlərin güclü dəstəyini görmüşdür. Bu dövlətlərdən biri də Konqo Respublikasıdır. Bununla yanaşı  4 aprel 2024-cü il tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Bu, Konqo Respublikasının Prezidentinin ölkəmizə ilk rəsmi səfəridir. Bu səfərin təməlində iki ölkə arasında  əməkdaşlıq sahələrinin inkişafı nəzərdə tutulur. Bu səfərdən sonra Konqo və Azərbaycan arasında güclü dostluq və əməkdaşlıq əlaqələri yaradılacaqdır. Bu sahədə imzalanmış Əməkdaşlıq haqqında Bəyannamə də xüsusi rol oynayır. Bununla yanaşı ölkələrimiz arasında bir çox mühüm xarakterli digər sənədlər də imzalanmışdır. Bu sənədlərdən “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı” adlarını çəkmək mümkündür.

Bu və bu qəbildən olan xarici siyasət strategiyası Azərbaycan Respublikasının gücünün təməlində dayanır. Həm Konqo Respublikası, həm də digər güclü dövlətlərlə münasibətlərimizin inkişafı sahəsində dövlət səviyyəsində mühüm addımlar atılır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yöndə həyata keçirdiyi tədbirlər ölkəmizin reginonda güclü dövlətlərdən birinə çevrilməsinə gətirib çıxarmışdır.

Zərxanım Abbasova,
Yap-ın fəalı

Oxşar Xəbərlər

Back to top button