Analitika

Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq

“Məlumdur ki, Konqo bir sıra Afrika ölkələri kimi zəngin sərvətlərə malik olsa da, 100 ilə yaxın müddətdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkib. Bu gün Konqo Qvineya körfəzinin ən böyük 4 neft istehsalçısı olan ölkələrindən biridir. İqtisadiyyatı daha çox neftdən asılı olan, lakin Atlantik okeanı sahillərində yerləşən Konqo yeraltı təbii sərvətləri, bərpaolunan enerji potensialı və kənd təsərrüfatı imkanları ilə zəngindir. Konqo ilə münasibətlərin qurulması isə Azərbaycan Respublikasının xarici siyasət strategiyasından irəli gələn vəzifədir”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, ilk dəfədir Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir: “Səfər çərçivəsində təkbətək və geniş tərkibli görüşlər keçirilib, neft və ətraf mühit sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Şübhə yoxdur ki, imzalanmış sənədlər iki ölkənin münasibətlərinin təməli olacaq, əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Bununla da, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq. Əlbəttə ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsində iştirak etmək fikrindədir. Bununla yanaşı bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var”.

“Azərbaycan ilə Konqonun əməkdaşlığı BMT və Qoşulmama Hərəkatı çərçivəsin də özünü göstərib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib: “Konqo ilə Azərbaycan arasında qarşılıqlı səfərlərin baş tutması iki ölkənin strateji əməkdaşlığı üçün də çox gözəl zəmin yaradır”.

Oxşar Xəbərlər

Back to top button