Analitika

31 mart tarixi Azərbaycanlıların Soyqırımı Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir

Tarixin müxtəlif mərhələlərində erməni millətçilərinin soydaşlarımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımları, xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. 1918-ci ilin mart – aprel aylarında Bakı şəhərində və ətraf şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbristanlıqlar yerlə-yeksan edilmişdir. Hər gün daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlarla dinc əhalini kütləvi surətdə qətlə yetirmişlər.  Konkret rəqəmlərlə desək, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.  Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb. Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi.  Yüzlərlə tədqiqat faktı bu məzarlığın 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğunu sübuta yetirdi. Bu günkü reallıqlarında bir daha o acılı, ağrılı günləri tarixdən ibrət almaq məqsədilə xatırlamaq həm aktual, həm də yerinə düşən məsələlərdəndir. Keçən 32 ildə neçə-neçə yaşlı nəslin torpaq deyə-deyə nisgilli bu həyatdan köçməsinə də şahidlik etdik. Bu insanların 1988-ci ilədək  öz dədə-baba torpaqlarından, doğma yurd-yuvalarından sürgün olunmalarına səbəb Dağlıq Qarabağ ermənilərinin Ermənistana birləşmə avantürəsi olmuşdur. 1988-ci il və daha sonrası yaşananlar da hamıya yaxşı bəllidir. Dağlıq Qarabağ  və onun ətrafında  7 rayonun getməsilə bu cənnət diyarımızın virana qoyulması,  xarabazarlığa çevrilməsi və daha da nələr bizim – orta nəslin gözləri önündə baş vermişdir. Sonucda, nə  ermənilər erməniliyindən, nə öz avantürüst “Krunk-Durna” hərəkətindən, nə də  “miaçnum-birləşmə” xülyasından hələ də vaz keçməyiblər və ən yaxın tarixin saxtakar çarxı yenə də öz ampulasındadır və bu dəfə ağır kaputilyasiya şəraitində daha zəif duruma düşmüş erməni xislətində əvvəlkitək dönmür  və bu başı pozuq “dığalara” daha ağır müsibətlər yaşadacaq kimi görünür. Keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin törətdiyi bu vandal cinayətlər bütün dünya tərəfindən pislənilməli, soyqırımı olaraq qəbul edilməli və tarix elmində geniş şəkildə tədqiq edilməlidir.  Beləliklə də ermənilərin xalqımıza qarşı törətdiyi bu qanlı – qadalı faciələrə siyasi və hüquqi qiymət verilməsi, bu soyqırımının əsl qiymətini alması və bütün bu həqiqətlərin dünyayaçatdırılması üçün ulu öndər Heydər Əliyevin gördüyü işlər xalqa xidmətin ən böyük nümunəsi olaraq tariximizdə önəmli yer tutur. Onun 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında ”Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.  Bunun davamı olaraq da bu həqiqətlərin unudulmaması və dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə möhtərəm Prezidentimiz cənab Ilham Əliyevin Sərəncamı ilə də Quba şəhərində “Soyqırımı memorial kompleksi“ yaradıldı. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində Zəfər çalaraq qazandığı Qələbə ilə tariximizin qanlı faciə qurbanlarının qisasını aldı.  Biz inanırıq ki, haqq işimiz bundan sonra da davam edəcək və tezliklə də xalqımız vəhşi ermənilərin əlində qalmış öz qədimi və tarixi torpaqlarına əbədiyyən qovuşacaqdır. Bu gün biz əminliklə onu da deyə bilərik ki, bizim xalq sözün əsl mənasında öz tarixi keçmişilə ilə, bu günü ilə QARABAĞIN baş tacı olan ŞUŞAnı erməni işğalından geri qaytarmaqla öz canlı salnamələrinə yeni nümunələr yaratmış və onun da işıqlı təcəssümünə çevrilmişdir.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button