Analitika

Azərbaycan və Gürcüstan arasındakı əlaqələr möhkəm təməllər üzərində qurulmuşdu

Dünya ölkələrinin müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıqları həm dövlətlər arasında əlaqələrin genişlənməsinə, həm də bu münasibətlərin davamlı olmasına mühüm töhfələr verir. Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim nümunə olmuşdur. Ölkəmizin bir çox layihələrdə ortaqlıq etdiyi qonşularından biri də Gürcüstandır. İki dövlət arasındakı əlaqələr möhkəm təməllər üzərində qurulmuş, Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər əməkdaşlığı yeni mərhələlərə daşımışdır. Şimal-qərb qonşumuz ilə əlaqələrin tarixi 1992-ci illərə təsadüf edir. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əsaslı zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə iki dövlət arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Gürcüstanla ölkəmiz arasındakı münasibətlər mükəmməl hüquqi bazaya malik olmaqla yanaşı, siyasi, iqtisadi və sosial-humanitar sahələri də özündə birləşdirir. Gürcüstan, həmçinin regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələri daha da möhkəmləndirən səbəblərdən biri də həyata keçirilən rəsmi səfərlərdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri də münasibətlərimizin inkişafını bir daha göstərdi. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dediyi kimi: Biz təkbətək görüş əsnasında bir çox məsələləri geniş müzakirə etdik. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Şübhəsiz, iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da inkişaf edəcək və müxtəlif sahələrdə yeniliklərə imza atılacaqdır.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button