Analitika

Azərbaycanın artan beynəlxalq nüfuzu Qlobal Bakı Forumu ilə bir daha diqqət çəkdi

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Qlobal Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu bir tədbirdir. Amma həm də bu forumlardan fərqlənir. O baxımdan ki, Davos yalnız iqtisadi, Münhen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edir. Bunlardan fərqli olaraq, Qlobal Bakı Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Qlobal Bakı Forumu adınadan da göründüyü kimi, bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu xüsusilə diqqət çəkdi. Forumun açılış mərasimində Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan həqiqətlərini, erməni vəhşiliyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçımız Fransanın ikili standartları barədə də öz fikirlərini bildirdi. Paris hökumətinin Cənubi Qafqazda mənfi addımları barədə Azərbaycanın mövqeyini vurğuladı. Fransada Azərbaycan xalqının tanınmış şairi Xurşidbanu Natavanın heykəlinin vandalizmə məruz qalması barədə ciddi tənqidi fikirlərini dilə gətirdi.

“Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr dı aparıldı. Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirdi ki, COP29 konfransının keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir. Forum iştirakçıları da çıxışlarında belə mötəbər tədbirin Bakıya tapşırılmasının doğru seçim olduğunu qeyd etdilər. Latviyanın sabiq Prezidenti Egils Levits çıxışında haqlı olaraq qeyd etdi ki, Bakı COP29 üçün düzgün seçilmiş bir məkandır. Onun sözlərinə görə, bu mötəbər tədbir iqlim dəyişiklikləri ilə bağlı yeni müzakirələrə nəfəs gətirəcək və uğurla keçiriləcək”.

Onun sözlərinə görə, Bakı Forumunda bəşəriyyətə real təhlükə olan təhdidlərin, siyasi qərarların fonunda yaranan münaqişələrin, eyni zamanda iqlim, qida, nüvə təhlükəsizliyi və səhiyyə problemləri geniş müzakirə olunmaqla dünyanın xilasına Azərbaycan növbəti dəfə töhfə verdi.

Oxşar Xəbərlər

Back to top button