Analitika

Azərbaycanın Qazaxıstan­la energetika sahəsində əməkdaşlığı yeni inkişaf dövrünü yaşayır

Azərbaycan və Qazaxıstan arasın­da energetika sahəsində də əlaqələrin çoxillik tarixi var. Belə ki, hələ keçmiş sovetlər dönəmində Azərbaycan neft­çiləri Qazaxıstanın Manqışlaq və Qur­yev neft mədənlərində qazaxlı həmkar­ları ilə birgə fəaliyyət göstəriblər. Eyni zamanda Azərbaycan və Qazaxıstan­dan olan neftçilər, geoloqlar və mühən­dislər Xəzər akvatoriyasında yerləşən perspektivli sahələrin araşdırılmasında da fəal əməkdaşlıq ediblər. Xatırladaq ki, iqtisadi əməkdaşlı­ğı inkişaf etdirmək məqsədilə dost və qardaş ölkələrin iştirakı ilə 1999-cu ildə Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb. Ötən müddətdə komissiyanın 19 ic­lası keçirilib. Həmin iclaslarda iki ölkə arasında ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informa­siya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində ikitərəfli əlaqələrin mövcud vəziyyəti müzakirə olunub, gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağ­lı növbəti addımlar müəyyənləşdirilib. Azərbaycanın Qazaxıstan­la energetika sahəsində əməkdaşlığı yeni inkişaf dövrünü yaşayır. Xatırla­daq ki, hələ Prezident İlham Əliyevin 2004-cü ildə Qazaxıstana ilk rəsmi səfəri zamanı bu ölkənin o zamankı dövlət başçısı Nursultan Nazarbayevlə ölkələrimiz arasında iqtisadi münasi­bətlər, xüsusən də, Xəzərin karbohid­rogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılmışdı. 2006-cı ildə isə “Azərbay­can Respublikası ilə Qazaxıstan Res­publikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı–Tbilisi–Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında” müqavilə imzalanmışdı. Artıq bu ilin mart ayından başla­yaraq qazax neftinin Azərbaycan əra­zisindən, Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlanılıb. Martın 23-də Qa­zaxıstan neftinin ilk partiyası tankerlə Aktau limanından Səngəçal terminalı­na çatdırılıb. Ayın 27-də isə “KazTran­sOil” şirkəti Aktau limanında “Prezident Heydər Əliyev” tankerinə 9959 ton “Tengiz” nefti yükləyərək BTC kəmə­ri ilə nəql edilməsi üçün Azərbaycana yola salıb. Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin aprelin 10-da Qa­zaxıstana rəsmi səfəri isə ölkələrimiz arasında iqtisadi əlaqələrin mühüm tərkib hissəsi sayılan energetika sahə­sində əməkdaşlığın genişləndirilməsi üçün də yeni imkanlar yaradır. Belə ki, səfər çərçivəsində dövlət başçılarının keçirdikləri məhdud və geniş tərkiblər­də görüşlər zamanı iki ölkə arasında nəqliyyat-logistika imkanlarının daha da artırılması, kənd təsərrüfatı sahə­sində əməkdaşlıq, həmçinin birgə in­vestisiya layihələri ilə yanaşı, Qazaxıs­tan neftinin Azərbaycan ərazisindən ixracı da müzakirə olunub.  Qazaxıstan Prezidenti Ka­sım-Jomart Tokayev hazırda enerji resurslarının dünya bazarlarına çatdı­rılmasının daha da şaxələndirilməsinin ölkəsi üçün prioritet vəzifə olduğunu diqqətə çatdıraraq deyib: “Bildiyiniz kimi, bizim razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib. Növbəti addım tədarük həcminin artı­rılması və bu işlərə uzunmüddətli sabit xarakter verilməsidir. Fürsətdən istifa­də edib bu mühüm təşəbbüsləri şəxsən dəstəklədiyinə görə Azərbaycanın lide­ri, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirmək istəyirəm”. Azərbaycanın dövlət başçısı İlham Əliyevin bəyanatında səsləndirdiyi fi­kirlər də bu baxımdan diqqət çəkir: “Ölkələrimiz arasında müttəfiqlik mü­nasibətləri bizim qarşılıqlı fəaliyyə­timizin gələcək inkişafının möhkəm təməlidir. Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar, o cümlədən, Prezident To­kayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər et­mək üçün ölkələrimizin nəqliyyat-logis­tika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qə­rarlar bu gün artıq reallaşır”. Yeri gəlmişkən, bir qədər əvvəl, aprelin 7-də Bakıda keçirilən Azər­baycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətləra­rası Komissiyasının 19-cu iclasının nə­ticələri ilə bağlı imzalanmış protokolda da Azərbaycanın öz ərazisi vasitəsilə Qazaxıstan neftinin dünya bazarları­na daşınmasının həcmini artırmağa hazır olduğu bildirilib. Qazaxıstan Baş nazirinin müavini–ticarət və inteqra­siya naziri Serik Jumanqarinöz isə ötən cümə günü Bakıda jurnalistlərələ söhbət zamanı deyib ki, hazırda Ba­kı-Tbilisi-Ceyhan boru kəməri 40 faiz yüklənib. “Orada hələ də təxminən 20 milyon ton mümkün ötürmə gücü qalmaqdadır. Və bu, prinsipcə, birgə əməkdaşlıq çərçivəsində hədəflədiyi­miz həcmdir”, – deyə o, əlavə edib.  Qazaxıstan neftinin BTC vasitəsilə nəqlinə başlanılması isə öz növbəsin­də ölkələrimiz arasında enerji sahə­sində əməkdaşlığın yeni mərhələyə qədəm qoymasından xəbər verir. Eyni zamanda bu sahədə əməkdaşlıq Azər­baycanın Mərkəzi Asiya ilə energetika sahəsində əlaqələrin yaradılmasına təkan verəcək.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button