Analitika

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan rolu artır və beynəlxalq mövqeləri güclənir

“Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan rolu artır və beynəlxalq mövqeləri güclənir. Ötən illər ərzində Azərbaycan dövləti Cənub Qaz Dəhlizini reallaşdırmaqla bu məsələnin gerçəkləşdirilməsinə bədbin yanaşanların fikirlərinin yanlış olduğunu göstərib, geniş əməkdaşlıq qurub, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamağa başlayıb. Bu isə Azərbaycanın beynəlxalq mövqelərini gücləndirib, onunla əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırıb”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında bir sıra xüsusi nüanslara toxunub. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsidir. Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı.

“Ölkəmiz enerji resurslarını inkişaf etdirmək işini sürətlə davam etdirir. Neft və qazla bağlı kəşfiyyat, eləcə də hasilat işləri istiqamətində fəaliyyət ildən-ilə gücləndirilir. “Babək”, “Abşeron”, “Ümid” kimi yataqlarda təbii qaz ehtiyatı ixracın artırılmasımnda önəmli rol oynayacaq. Gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. Bununla yanaşı, bizim “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu yataqlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına çox böyük töhfə verəcək. Bütün bunlar Azərbaycanın neft-qaz sahəsində hasilat gücünün artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Məşvərət Şurasındakı çıxışında əməkdaşlığın yeni perspektivlərinə də diqqət çəkib. Belə ki, dövlətimizin başısının fikrincə, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Ölkəmiz bu və digər sahələrdə əhəmiyyəli əməkdaşlıq formatına nail olub. Burada istehsalçı və istehlakçı ölkələrin maraqları tam üst-üstə düşüb. Məhz bunun nəticəsində Cənub Qaz Dəhlizi layihəsi effektiv şəkildə həyata keçirilib.

Oxşar Xəbərlər

Back to top button