Analitika

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Bu gün bütün sahələr üzrə əldə olunan uğurların əsasını ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir.Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Dünyanın bir sıra nöqtələrində baş verən müharibələr dünya iqtisadiyyatına da ciddi zərər vurmaqdadır və belə bir şəraitdə enerji böhranının yaranması qaçılmazdır. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Qeyd etmək lazımdır bu gün Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycan ilə Albaniya arasında iqtisadi əməkdaşlığın geniş perspektivləri var.Bu günə qədər Azərbaycan-Albaniya əməkdaşlıq əlaqələri əsasən enerji sektoruna aid olub. Əlbəttə ki, bu əməkdaşlıq həm ölkələrimiz üçün, həm də çox sayda digər ölkələr, xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün böyük əhəmiyyət kəsb edir. Albaniyanın ərazisindən keçən boru kəməri əslində Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından müstəsna önəm daşıyır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır. Bir sıra ölkələrinin TAP-dan həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından faydalarının çox olduğunu xüsusilə vurğulamaq lazımdır. Bununla belə ölkələrimiz arasında digər sahələrdə də iqtisadi əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə işçi qrupunun keçirilmiş iclası digər sahələrdə də əlaqələri daha da dərinləşdirmək baxımından mühüm addım hesab olunur. Bu səbəbdən, bu işçi qrupun əsasında 2024-cü ildə Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın yaradılmasına dair əldə olunmuş razılıq da konstruktiv ruhun və iki ölkə arasında mövcud olan anlaşmanın aydın təcəssümü kimi qiymətləndirilə bilər. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkələrindən biridir. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2023-cü ildə onun həcmi təxminən 11,6 milyard kubmetr olub.Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir və bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsidir. Bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı. Yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpa olunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Cənub Qaz Dəhlizinin icrasına 40 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun təkcə iqtisadi deyil, siyasi və geosiyasi əhəmiyyətini də göz önünə çəkir. Burada şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasının da müstəsna əhəmiyyəti var. Azərbaycan Respublikası hələ uzun müddət dövlətimizin başçısının siyasi iradəsi nəticəsində reallaşmış təşəbbüslərdən faydalanacaq və öz enerji təhlükəsizliyini formalaşdırmış olacaq.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button