Analitika

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası zamanı Azərbaycanın inkişafı naminə yeni addımlar atılacaqdır

2020-ci il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclas zamanı Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin qocaman deputatı Ziyad Səmədzadə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmişdir. Növbədənkənar Parlament seçkilərinin keçirilməsinin əsas məqsədi Milli Məclisin fəaliyyətinin daha da dərinləşdirilməsi və ölkədə aparılan islahatların dərinləşməsidir. Keçirilmiş seçkilərə dair Avropa İttifaqı obyektiv bəyanat vermiş, yeni seçilmiş deputatlarla və Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bildirdi. Seçkilərin nəticəsi olaraq Azərbaycanda çoxpartiyalı sistem daha da inkişaf edəcək, qanunvericilik sisteminin təkmilləşdirilməsi sahəsində lazımi addımlar atılacaqdır. Bunun üçün öncəliklə siyasi sistemin formalaşdırılması naminə yeni qanunlar qəbul edilməli, yeni islahatlar həyata keçirilməlidir. Bu islahatlar çərçivəsində minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması xüsusi önəm daşıyır.

Bütün bunlarla yanaşı ölkə əhalisinin mütləq əksəriyyətini gənclər təşkil edir və bu da gənclərlə bağlı yeni layihələrin yaradılmasını və gənclər siyasətinin təkmilləşdirilməsini tələb edir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, milli mənəvi dəyərlərə sadiq ruhda böyüməsi, xarici təsirlərə düşməməsi əsas prinsiplərdir.Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən milli mənəvi dəyərlərimizin qorunması, ailə və uşaqların müdafiəsi, bədən tərbiyəsi və idmanın inkişafı, dövlətimizin gənclər və qadın siyasətinin həyata keçirilməsi üçün zəruri qanunvericilik tədbirləri görüləcəkdir.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button