Analitika

AXCP-nin Baykot tamaşası xalqa xəyanətdir

Sağlam rəqabət əvəzinə xarici qüvvələrlə blirləşib seçkilərə qarşı baykotun elan olunması yalnız siyasi təxribatdır. Baykot etmək siyasi rəqabət deyil qərəzli kirli siyasətdir. Baykot  etməklə qalmaqal yaradıb, emosional  situasiyalara yol açmaqdır. Bu hiyləgər addım təxribatlara yol açan siyasi hiylədir. Bir ölkə üçün daxili siyasi sabitliyin pozulması ilə təhdid yarana bilər. Siyasi sabitliyi pozmaq, ölkəmizin daxili məsələlərinə müdaxilə etmək, kimlərinsə maraqlarına xidmət etmək cəmiyyətdə ixtişaş yaratmaq kimi xain amillərinin əlamətidir. Radikalların məkrli niyyəti müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verən AXCP hər zaman oldugu kimi, bu gündə çirkli əməllərindən əl çəkmir. Seçkidə iştirak etmək saglam rəqabətin yeganə leqitim vasitəsidir, seçkidən imtina etməksə zəifliyin,qalmaqalın nümunəsidir. Baykot pərdəsi altında zəifliyini gizlətmək, və az sayda olan tərəfdaşlarına arxa çevirmiş olmaqdır. Milli maraqlara xidmək etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, baykotun elan olunması onların həmdə mənəvi məglubiyyətidir.

Baykotun qarşısında duran məkrli hədəflər seçkidən sonrakı dövrdə belə təxribatı dəvam etmək səbəbinin bir bəhanəsidir. Baykot tamaşası ilə cəmiyyətdə seçkilərlə bağlı yalan məlumat və şayiələrin yayılmasından başqa bir şey deyil.

Siyasi acizlik və məglubiyyəti etiraf etməkdən boyun qaçıran AXCP hər zaman ki kimi, qanuna uygun olaraq cəmi 5 min üzv toplamaqda çətinlikdiyini boynuna almayaraq, özünü yenə çirkin oyunlara əl atmaqla göstərdi. Seçkilərdə bərabər imkanlar yaradılır. Bununlada seçkidə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara iştirak etmək hüququ verilir. Həmçinin növbədənkənar seçkilərdə AXCP partiyasınada imkan yaradılıb. Bu məqsədlə Maştaga qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb.

Bütün bunlara  baxmayaraq, bu dəfə də AXCP-nin ”Baykot” tamaşası nəticəsiz olacaq , seçkinin gedişatına heç bir təsir göstərməyəcəkdir.

Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nzami rayon fəal üzvü.

Oxşar Xəbərlər

Back to top button