Analitika

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini boykot edən AXCP cütlüyü öz zəifliyini göstərdi

Necə deyərlər: “ Ayağını yorğanına görə uzat”. Məsəli çəkməyimdə səbəb o idi ki adda müxalifət əməldə boş-boş danışan müxalifət, nə etdiyini nə də danışdığını bilir. Özlərini sanki böyük insan hesab edərək qızıl xırdalamaq istəyir amma nəticədə palçıq içində özlərini batmış görürlər. Yenə də nə qədər onlara bu xoşdur ki, elə danışdıqca batmağı özlərinə prinsipial mövqe seçirlər. Bu insanlara sual verəsən ki, özünüz danışdığınız nağıllara inanırsınızmı ? Yoxsa nağıllar aləmindəki müxtəlif personajların obrazını canlandırmaq fikrindəsiniz?

Müxalifətin iç üzünü biz haradan görə bilərik. Qazanılmış qələbəmizi gözardı edərək nəsə ortaya çıxarıb yenə də tənqid etmək istəyirlər. Bu da ona bənzəyir ki, qəfəs içinə düşmüş çaqqal yol axtarır ki özünü ağ günə çıxarsın amma dırnaqarası müxalifət özünü elə qəfəs içində saxlamağı daha üstün görür. Başlıca məqsədlərindən biri isə daxildə çaxnaşma yaradaraq Azərbaycanın daxili və xarici siyasətinə kölgə salmaqdır. Amma bunu nə qədər etsələr də bacarmayacaqlar. Xalqın gözü tərəzidir, haqqın kim tərəfdən olduğunu yaxşı bilir. Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini boykot edən AXCP cütlüyü öz zəifliyini göstərdi. Artıq nə vəziyyətə gəliblər ki, AXCP daxilində çaxnaşmalar başlayıb. Özlərinə güvənməyən bu dırnaqarası müxalifətçilər heç aralarında söhbəti həll edə bilmirlər , gəlib siyasi müstəvidə ölkəmizin mənafeyini qoruyacaqlar? Uğurlarımıza göz dikən müxalifət haqda çox danışmaq olar. Belə düşünürük ki, bizim xarici düşmənlərimizdən əlavə daxilimizdə də ciddi düşmənlər mövcuddur. Hər iki cəbhədə mübarizə aparan Azərbaycan hakimiyyətinə uğurlar diləyirik.

Ələkbər Saleh,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button