Analitika

Sağlam rəqabət aparmaqdan çəkinən destruktiv müxalifət bir daha öz zəifliyini nümayiş etdirmiş oldu

“Bugünlərdə radikal müxalifətin, tam olaraq desək Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavatın seçkilərdən qorxaraq acizanə şəkildə geri addım atmasının şahidi olduq. Heç təsadüfi də deyil ki, heç bir elektoratı olmayan bu cılız təfəkkürli şəxslər öz zəifliklərini etiraf etmək əvəzinə boykot şouları ilə gündəmə gəlməyə çalışırlar. Hər zamankı kimi təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, bir müddət öncə AXCP və Müsavat kimi partiyalar qeydiyyatdan keçmək üçün mübahisələr edirdilər, dəridən qabıqdan çıxıb canfəşanlıq edirdilər. Sonradan qeydiyyatdan keçib bir növ ambisiya ilə müxtəlif iddialarla çıxış etməyə başladılar. Amma daha sonra onların seçkini boykot etməsi siyasi mədəniyyətsizlik göstəricisidir. Digər bir tərəfdən bu təxribatçılar seçkilərdən imtina etməklə az sayda olan tərəfdaşlarına belə arxa çevirmiş oldular.

“Sağlam rəqabət aparmaqdan çəkinən destruktiv müxalifət seçkilərdən imtina etməklə bir daha öz zəifliyini nümayiş etdirmiş oldu. Hesab edirəm ki, seçkilərə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. Şübhə də yoxdur ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat bu prosesdə dövlətə, dövlətçiliyə iqtidara olan rəqiblik prinsipindən aşaraq düşmənçilik prinsipi diqtə etməyə çalışır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, heç şübhəsiz Azərbaycan xalqı dövlətə, millətə qarşı düşmən siyasəti aparan, milli həmrəyliyə zərər verəcəyini düşünən, cəmiyyət arasında şübhə toxumu səpmək arzusunda olan siyasi qüvvələrə, o cümlədən AXCP Və Müsavat kimi radikal müxalifət tör-toküntülərinə yerini göstərəcək.

Oxşar Xəbərlər

Back to top button