Analitika

Ölkəmizdə qlobal əhəmiyyətli tədbirlərin baş tutması beynəlxalq aləmdə artan nüfuzun göstəricisidir

Son illər ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalini sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması ölkə Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.

Bakının qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Bu baxımdan ölkəmizdə tədbirlərin baş tutması beynəlxalq aləmdə artan nüfuzun göstəricisidir. Bakının COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heç kimdə şübhə doğurmayıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə, “COP29 beynəlxalq konfransını biz yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq” fikrini əminliklə səsləndirməsi ilk növbədə məhz bu amillə bağlıdır.

Məhz ölkəmizin COP29 beynəlxalq konfransına ev sahibliyi etməsi xalqımızın növbəti uğuru olmaqla yanaşı, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmli yer tutur. Belə ki, indiyə qədər əsas etibarilə neft-qaz ixracatçısı kimi tanınan Azərbaycan, indi də özünü dünyaya yaşıl enerji ölkəsi kimi təqdim edəcək. Beləliklə, Cənab Prezidentin də söylədiyi kimi, “dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək ”.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 1995-ci ildən bu günə kimi hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təkilatçısının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button