Azərbaycan hər bir beynəlxalq tədbiri yüksək səviyyədə keçirməklə dünyaya malik olduğu zəngin təcrübəni təqdim edir
Müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir. Azərbaycanın Avropa və İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi, cari ildə Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra ikinci dəfə ölkəmizdə böyük müvəffəqiyyətlə keçirilməsi, dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycanın 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etməsi bunun əyani təsdiqidir. Dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Prezident İlham Əliyev “Mən bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram” kimi fikirləri ilə beynəlxalq tədbirlərin əhəmiyyətini bir daha təsdiqlədi. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər.
Bu tipli irimiqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi, təbii ki, böyük məsuliyyətdir və üzərimizə böyük öhdəliklər qoyur. Lakin Azərbaycan onların öhdəsindən müvəffəqiyyətlə gəlir. Belə mötəbər layihə və tədbirlərin Azərbaycanda, xüsusilə Bakıda keçirilməsi ölkəmizin dünya miqyasında nüfuzundan xəbər verir və Azərbaycanın gələcək inkişafına xidmət edir.
Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da bu razılaşmaya qoşulub. İrimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi sözsüz ki, üzərimizə böyük məsuliyyətlər qoyur. Qeyd etdiyimiz kimi COP29 dünyada ən möhtəbər beynəlxalq tədbirlərdən sayılır. BMT Baş Assambleyasının qatıldıgı tədbirlərdəndir. Həm də Azərbaycan neft-qaz ölkəsi kimi də, bu sahədə öz mövqeyini göstərəcəkdir və dünyada hər kəs bir daha şahid olacaq ki, bizim gündəliyimiz yaşıl enerji ilə baglıdır. COP29 beynəlxalq tədbiri ölkəmizdə bütün keçirilən beynəlxalq tədbirlər kimi yüksək səviyyədə keçiriləcəkdir. Prezident İlhamin sədrliyi ilə keçirilən müşavirədə çıxışında deyib.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi