Analitika

COP29 beynəlxalq tədbiri ölkəmizdə bütün keçirilən beynəlxalq tədbirlər kimi yüksək səviyyədə keçiriləcəkdir

Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquqa baglılıgımız və sədaqətimiz ölkəmizin dünya miqyasında çox güclü mövqeylərə nail olmasına səbəb olmuşdur. Bİz öz siyasətimizlə, işimizlə bu  hörmətə layiq olmuşuq. COP29 möhtəbər bir tədbirin Azərbaycanda keçirilməsinə verilən qərar, ölkəmizə verilən etimad və hörmətin, növbəti nümunəsidir. Bu qərarın qəbul olunması bir daha sübut etdi ki, yürütdüyümüz siyasət bütün dünya tərəfindən dəstəklənir, qeyd edək ki, bu qərar antiteror əməliyyatından iki ay sonra həyata keçmişdir.  Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Ermənistan Azərbaycanın xeyrinə , daha sonra Bolqarıstan öz namizədliklərini geri götürüb. 2024-cü ildə COP29-a ev sahibliyi edən ölkəmiz, bir daha Azərbaycana qarşı çirkin kompaniya aparanlara qarşı tutarlı cavab verdi. Beləliklə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcəcək ölkə kimi müəyyənləşdirilib.

Bu qərar COP28-in Dubayda keçirilən plenar iclasında elan edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC)Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da bu razılaşmaya qoşulub. İrimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi sözsüz ki, üzərimizə böyük məsuliyyətlər qoyur. Qeyd etdiyimiz kimi COP29 dünyada ən möhtəbər beynəlxalq tədbirlərdən sayılır. BMT Baş Assambleyasının qatıldıgı tədbirlərdəndir. Həm də Azərbaycan neft-qaz  ölkəsi kimi də, bu sahədə öz mövqeyini göstərəcəkdir və dünyada hər kəs bir daha şahid olacaq ki, bizim gündəliyimiz yaşıl enerji ilə baglıdır. COP29 beynəlxalq tədbiri ölkəmizdə bütün keçirilən beynəlxalq tədbirlər kimi yüksək səviyyədə keçiriləcəkdir. Prezident İlhamin sədrliyi ilə keçirilən müşavirədə çıxışında deyib.

Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü.

Oxşar Xəbərlər

Back to top button