Analitika

Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Azərbaycan üçün əlamətdar hadisədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevn hakimiyyətə gəldiyi ilk gündən həyata keçirdiyi bütün tədbirlər, islahatlar və layihələr bir dövlət olaraq Azərbaycanın dünyanın və regionun ən güclü dövlətlərdən birinə çevrilməsinə xidmət etmişdir. Ölkəmiz son illər ərzində qazandığı uğurlar və qələbələrlə dünyanın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına verdiyi müsahibəsində şanlı qələbəmizdən bəhs etmişdir. Müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb. Müsahibə  Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqil daxili və xarici siyasətindən, iqtisadiyyatımızın inkişafının xüsusiyyətlərindən və buna səbəb olan amillərdən bəhs etmişdir. Ölkəmizin iqtisadi inkişafının əsasında neft və qaz sənayesi dayanır. Lakin həyata keçirilən tədbirlər və yaradılan böyük layihələrlə iqtisadiyyatın müxtəlif sahələr üzrə formalaşdırılmasına şərait yaradılmışdır. Yəni, ölkənin dinamik inkişafı hazırda sadəcə nefti və qaz sənayesi hesabına deyil, həmçinin müxtəlif sahələr hesabına həyata keçirilir. Bu sahələrin şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı bu gün Azərbaycanda yoxsulluq səviyyəsinin əsaslı şəkildə azalmasına səbəb olmuşdur.

Azərbaycan həmişə regionda və dünyada sülhün, təhlükəsizliyin tərəfdarı kimi tanınmışdır. Lakin Azərbaycan – Ermənistan münaqişəsi sülh yolu ilə həllini tapmadığına görə sonunda 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı Azərbaycan öz tarixi torpaqlarını hərbi gücü hesabına işğaldan azad etmişdir. Əzəli torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra başlayaraq orada əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılır. Bu gün işğaldan azad olunan ərazilərə yüzlərlə ailə köçülürmüşdür. Onların öz dədə-baba yurdlarına yenidən qayıtması üçün həmin şəhərlərdə yaşayış üçün lazımi infrastruktur yaradılıb, vətəndaşladın layiqli həyat səviyyəsinin təmin edilməsi üçün iş yerləri, iaşə obyektləri açılmışdır. Bütün bunlar böyük sərmayə tələb edir. Hazırda Azərbaycan dövlət sərmayəsinin böyük hissəsi Qarabağ və Şərqi Zəngəzurun inkişafı yatırılmışdır.

Uzaqgörən lider  Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən bütün tədbirlər ölkəmizin inkişafının təməlini təşkil edir. Xalqın iradəsi və  ölkə başçısına olan sədaqəti, etimadı Azərbaycan Respublikasının dünyanın güclü dövlətlərindən birinə çevrilməsində mühüm rol oynayır.

Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button