Azərbaycan- Serbiya əlaqələri hər iki dövlətin inkişafına xidmət edir
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizlə dünya ölkələri arasında əlaqələr daha da genişlənir və güclənir. Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, qurulmasını və inkişafını regional və beynəlxalq problemlərin aradan qaldırılmasını nəzərdə tutur. Azərbaycanın uğurlu xarici siyasət kursu ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində onu etibarlı tərəf kimi tanıtmışdır. Buna görə də Azərbaycanın xarici siyasəti çoxşaxəliliyi ilə daim diqqət mərkəzindədir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Hər iki dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir.
Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir.
Cari ilin dekabr ayının 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi baş tutmuşdur. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlıq əlaqələrinin yüksək statusunun ifadəsi olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandığını, bu memorandumun səmərəli şəkildə icra edildiyini, bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalı olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini nəzərə çatdırdı.
Qeyd etmək istərdim ki, ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasətin dəyişməz olaraq qalacağı ifadə olunmuşdur. Gələcək planlar qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Aparılan bu əməkdaşlığın müsbət nəticələri ölkəmizin gələcək inkişafında mühüm xarakter daşıyır.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.