Analitika

Bakının atdığı addımlar regionda davamlı sülhə və sabitliyə xidmət edir

Cənubi Qafqazı da ağır münaqişə bölgəsinə çevirmək istəyən güclər mövcuddur. Lakin onların məkrli planlarının qarşısı Azərbaycan dövlətinin, xalqımızın müdrik liderinin gərgin səyləri sayəsində qətiyyətlə alınır. Xalqımız taleyinə yazılan sülhsevərlik missiyasını şərəflə yerinə yetirir. Bakının atdığı addımlar regionda davamlı sülhə və sabitliyə xidmət edir. Azərbaycan bu gün bölgədə həm sabit­liyin, həm də inkişaf və tərəqqinin loko­motivi rolunda çıxış edir. Bu, qürurverici faktdır. Qara yaxan qüvvələr unu­durlar ki, Azərbaycan hazırda tək deyil, xalqımızın ədalətli mövqeyini dəstək­ləyən dövlətlər və xalqlar var. Bu gün­lərdə Türkiyə Prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğan BMT-nin yüksək tribunasından bəyan etdi ki, Bakının öz ərazisindən silahlı erməni birləşmələrini çıxarmağa haqqı var və Türkiyə dövləti həmişə olduğu kimi, yenə də Azərbay­canın yanındadır. Bəli, Azərbaycan sivil, humanist, demokratik ənənələrə sadiq olan sülh­sevər dövlətdir. Qarşı tərəflə hər zaman dialoqa və danışıqlara hazırdır. Biz re­giona sülh, əmin-amanlıq gətirmək əz­mindəyik və buna nail olacağıq. hörmət olaraq kilsə, sinaqoq və tarixən qədim məbədlər qorunub saxlanmışdır. Heç kim dininə və əqidəsinə, irqinə, cinsinə, etnik, siyasi, sosial mənsubiyyətinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qoyulmamışdır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda etnik və dini azadlıqlar fonunda sülh şəraitində yaşama maksimum təmin edilmişdir. Qeyd edək ki, ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqlarla yanaşı, həm də dini etiqad azadlığı bəxş edilib. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsaslı rol oynayıb.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button