Azərbaycan xalqının azad və firavan yaşaması üçün cənab prezident ölkə nəzdində mühüm addımlar atmışdır
Dekabr ayının 6-da paytaxt Bakı daha bir beynəlxalq tədbirə – “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Foruma ev sahibliyi edib. Bu mötəbər forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak ediblər. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müasir dövrdə Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi kimi: “Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik”.
Cənab İlham Əliyev çıxışında öz sülhsevər mövqeyini ortaya qoyaraq bildirdi ki, Azərbaycan münaqişəni hər zaman dinc yolla həll etmək istəmişdir. Amma bununla yanaşı o, xarici ekspertlərə xatırlatdı ki, Ermənistana məxsus çox sayda hərbçi beynəlxalq hüquqa məhəl qoymadan Qarabağda yerləşdirilmişdi. Bu səbəbdən sülh ilə bağlı ümidlər tükənmişdir. O, Azərbaycanı son həddə gətirən iki məqamı vurğuladı: birincisi, Ermənistanın baş nazirinin Qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki, digəri isə Qondarma Dağlıq Qarabağ Respublikasının prezident seçkiləri idi. Bu səbəbdən də Azərbaycan Respublikası müvafiq addımlar atdı və bir gündən də qısa vaxtda antiterror əməliyyatı nəticəsində suverenliyini bərpa etdi. Azərbaycan öz humanist mövqeyini ortaya qoyaraq əməliyyatı elə apardı ki, dinc əhaliyə itki üz vermədi.
Ölkəmiz Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Bu Azərbaycanın gücünün göstəricisidir. Tədbirlər həyata keçirilir. Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Bu Azərbaycanın gücünün göstəricisidir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi